Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb Ümumilikdə 2365 nəfər müəllim adını qazanıb
Elm və təhsil
6 Oktyabr , 2016 11:48
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyində bu gün keçirilən press brifinqdə müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb.

"Report"un xəbərinə görə, nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb: "Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib".

O, həmçinin transfer.edu.az portalına müraciət edən tələbələr barədə məlumat verib: "Bu il təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılması olub. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub. Onlardan 83 nəfərə müsbət cavab verilib. Bu ilin dekabr ayından orta ixtisas təhsil müəssisələrində oxuyanların bir yerdən başqa yerə köçürülməsi, yaxud da ixtisas dəyişdirilməsi elektron qaydada aparılacaq". 

Son xəbərlər

Orphus sistemi