Azərbaycanda məsləhət xidmətləri göstərən regional universal mərkəzlər yaradılacaq

Azərbaycanda məsləhət xidmətləri göstərən regional universal mərkəzlər yaradılacaq Məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz müvafiq xidmətlər göstəriləcək
Elm və təhsil
20 Yanvar , 2015 16:32
Azərbaycanda məsləhət xidmətləri göstərən regional universal mərkəzlər yaradılacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Distant təhsil, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlər yaradılacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.

2017-2018-ci illərdə yaradılması nəzərdə tutulan mərkəzlərin yaradılması işinin icrası Təhsil Nazirliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə olunub.

Fəaliyyət planında yer alan məsələlərdən biri də məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz müvafiq xidmətlərin göstərilməsi, dərs və ya təlim vəsaitlərinin verilməsidir. 2017-ci ildən başlayaraq mütəmadi şəkildə həyata keçirilməsi nəzərdə tutulan xidmətin icrası Təhsil Nazirliyi ilə yanaşı İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə olunub. 

Son xəbərlər

Orphus sistemi