Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanıb Layihədə dövlət bağçalarının özəlləşdirilməsi də əks olunub
Elm və təhsil
18 Oktyabr , 2016 11:14
Azərbaycanda Məktəbəqədər təhsil haqqında yeni qanun layihəsi hazırlanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Azərbaycanda fəaliyyət göstərən özəl bağçalarda fərqli qiymətlər olur. Hətta Bakı şəhərində eyni imkanlara malik bağçalarda da fərqli qiymətlər qoyulub".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün bəzi bağçalarda bir uşaq üçün ödəniş haqqı 300, digərində isə 500 manat təşkil edir: "Hətta elə bağçalar da var ki, orada qiymətlər bir az da artıqdır. Bütün bunları nəzərə alaraq, burada orta qiymət meyarı tapmaq lazımdır. Hələlik konkret model tapa bilməmişik. Orta qiymət 500 manatdan yuxarı olmasa daha yaxşı olar. Təbii ki, bunu da həmin bağçanın imkan və şəraitlərinə görə tənzimləyə bilərik".

Komitə sədri qeyd edib ki, məktəbəqədər təhsil müəssisələri özəlləşdirilməməlidir: "Lakin özəlləşdirilərsə belə onların təyinatı dəyişdirilməməlidir. Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirlməmisini qeyd etmişdik. Lakin sonradan araşdırma apardıq və məlum oldu ki, rayonların bəzilərindəki bağçalarda maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirilməsinə ehtiyac var. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik".  

Son xəbərlər

Orphus sistemi