Yuxarı

Azərbaycanda məktəb direktoru rayon təhsil şöbəsinə müdir təyin edilib

Təhsil şöbəsinin əvvəlki müdiri işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub

Ağcabədi. 15 oktyabr. REPORT.AZ/ Ağcabədi rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun S.İbrahimov adına 8 saylı tam orta məktəbinin direktoru Anar Qasımov müvafiq əmrlə rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Ağcabədi rayon təhsil şöbəsinin əvvəlki müdiri Mehdi Əkbər oğlu Əhmədov  Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsində apardığı yoxlamalar nəticəsində aşkar olunan nöqsanlara görə, vəzifəsindən azad olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi