Azərbaycanda kitab satışı sahəsində piratçılıq 61 faizdən 29 faizə düşüb

Azərbaycanda kitab satışı sahəsində piratçılıq 61 faizdən 29 faizə düşüb Yarım il ərzində agentlik tərəfindən 19320 ədəd nəzarət markası verilib
Elm və təhsil
20 Aprel , 2017 20:19
Azərbaycanda kitab satışı sahəsində piratçılıq 61 faizdən 29 faizə düşüb
Report.az

Bakı. 20 aprel. REPORT.AZ/ "Aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən tədbirlər nəticəsində Azərbaycanda piratçılıq 2005-ci illə müqayisədə kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 84%-ə düşüb".

"Report" xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

O bildirib ki, ötən ilin ikinci yarısından tətbiqinə başlanılan nəzarət markalarından müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə yapışdırmaq üçün nəşriyyatların və universitetlərin müraciəti əsasında ilkin olaraq 19320 ədəd nəzarət markası verilib: "Hazırda nəzarət markalarının alınması üçün universitetlər və nəşriyyatlar tərəfindən agentliyə müraciətlər daxil olmaqdadır".

Son xəbərlər

Orphus sistemi