Azərbaycanda kənd təsərrüfatı üzrə kadrlar hazırlayacaq yeni peşə məktəbi açılacaq

Azərbaycanda kənd təsərrüfatı üzrə kadrlar hazırlayacaq yeni peşə məktəbi açılacaq Təhsil naziri: “Yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyytə başlayacaq”
Elm və təhsil
22 Sentyabr , 2016 11:16
Azərbaycanda kənd təsərrüfatı üzrə kadrlar hazırlayacaq yeni peşə məktəbi açılacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslı kadrlar və mütəxəssislər hazırlayacaq yeni peşə məktəbi açılacaq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyytə başlayacaq: "Yeni yaradılan peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texnikası-aqroxidmətlər kimi ixtisaslar öyrədiləcək".

M.Cabbarov qeyd edib ki, BP ilə birlikdə həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni mütəxəsislərin hazırlanması" layihəsi çərçivəsində ilk pilot rayon kimi Qəbələ seçilib: "Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi