Yuxarı
    Bağlamaq

    Azərbaycanda intensiv yağıntıların ən çox düşdüyü rayonların adları açıqlanıb

    AMEA: İntensiv yağan yağışlar sürüşmə sahələrini fəallaşdırır

    Bakı. 8 oktyabr. REPORT.AZ/ "İntensiv yağan yağışlar sürüşmə sahələrini fəallaşdırır". Bunu "Report"a açıqlamasında Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, elmlər doktoru Elbrus Əlizadə deyib.

    Direktor müavini qeyd edib ki, artıq bir neçə gündür Azərbaycanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağır və belə hava şəraitinin təqribən bir həftə davam edəcəyi gözlənilir: "Azərbaycan ərazisinə əsasən şimal qərb və şimal şərqdən rütubətli dəniz hava kütlələri daxil olur. Yüksək təzyiq nəticəsində güclü küləklər yaranır ki, bu da külli miqdarda yağıntı gətirir. Son günlər Azərbaycanda yağan intensiv yağışlar sel hadisələrinin artmasına səbəb olub".

    O bildirib ki, atmosfer yağıntılarının çox olmasının bölgə üçün həm xeyri, həm də ziyanı var: "Yağıntının intensiv olması ölkə ərazisində quraq keçən yay fəslindən sonra müsbət haldır, su ehtiyatları yenidən bərpa olunur və artır. Yağışın intensiv olmasının zərərlərinə gəlincə, ifrat rütubətlənmə nəticəsində ölkə ərazisində sellərin və daşqınların sayı artır, sürüşmə sahələri fəallaşır. Bu hal kənd təsərrüfatında yığılmamış meyvələrə mənfi təsir göstərir".

    E.Əlizadə intensiv yağıntıların ən çox düşdüyü ərazilərin adlarını da açıqlayıb: "Son günlərdə ən çox yağıntı Böyük Qafqazın cənub yamacı Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Goranboy, Göygöl və Lənkəran rayonlarına düşüb. Bu ərazilərdə həm şəxsi təsərrüfatlara, həm kənd təsərrüfatına, həm də infrastruktur obyektlərinə, yollara, ictimai binalara xeyli ziyan dəyib". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi