Yuxarı
    Bağlamaq

    Azərbaycanda iki rayonun təhsil şöbəsində kadr dəyişikliyi olub

    Agcabədi rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib

    Ağcabədi. 8 sentyabr. REPORT.AZ/ Agcabədi və Laçın rayonlarının təhsil şöbələrində kadr dəyişiklikləri olub.

    "Report"un Qarabağ bürosu xəbər verir ki, Laçın rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə yeni rəhbər təyin edilib.

    Belə ki, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Təhsil Nazirliyi ilə razılaşdırılmış əmrinə əsasən Nicat Həsənov rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    Agcabədi rayon Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov isə tutdugu vəzifədən azad edilib. Təhsil şöbəsinə rəhbərlik müvəqqəti olaraq Əvrasiyab Məmmədova tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi