Azərbaycanda iki kollec direktoru vəzifəsindən azad edilib

Azərbaycanda iki kollec direktoru vəzifəsindən azad edilib Onlar "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunublar
Elm və təhsil
24 Aprel , 2015 10:05
Azərbaycanda iki kollec direktoru vəzifəsindən azad edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunublar. Nazirlikdən "Report"a verilən xəbərə görə, təhsil nazirinin müavini Firudin Qurbanov təltifləri təqdim edərək hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirib və müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb, tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə müəssisə rəhbərlərinə təşəkkürünü bildirib. Tənzilə Şıxıyeva və Eldar Əliyev onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Tənzilə Şıxıyeva və Eldar Əliyev çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən, tutduqları vəzifədən azad ediliblər.

Tənzilə Şıxıyeva və Eldar Əliyev kollec direktoru vəzifəsində 35 ilə yaxın fəaliyyət göstəriblər.

Ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 2011-ci ildə "Əməkdar müəllim" fəxri adı alıb. Eldar Əliyev isə 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi