Yuxarı

​Azərbaycanda İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv olunub

Dəyişiklik ADA Universitetinin təklifi nəzərə alınaraq edilib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.

"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişiklik "ADA" Universitetinin təklifi nəzərə alınaraq edilib.

Dəyişikliyə əsasən, təsnifatın "Texniki və Texnoloji İxtisaslar Qrup"unda yer alan İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv edilib.

Əvəzində isə İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisasları yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi