Bakı. 21 aprel. REPORT.AZ/ Təhsil naziri
Əmrin imzalanmasında əsas məqsəd uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasına stimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində xüsusi bacarıq və vərdişlərin öyrədilməsini inkişaf etdirməkdir.
Əmrə əsasən, "Meşələri qoruyaq" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında gənc meşəçilərin IV respublika müsabiqəsi keçirilməli, müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibi təsdiq olunmalıdır.
Əmrin icrasına nəzarət nazirliyin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə olunub.