Azərbaycanda elmlər doktoru olmaq istəyənlərin sayı açıqlanıb

Azərbaycanda elmlər doktoru olmaq istəyənlərin sayı açıqlanıb Onlardan 327 nəfəri kişi, 266 nəfəri qadındır
Elm və təhsil
28 Dekabr , 2016 20:03
Azərbaycanda elmlər doktoru olmaq istəyənlərin sayı açıqlanıb

Bakı 28 dekabr. REPORT.AZ/ Azərbaycanda elmlər doktoru olmaq istəyənlərin sayı açıqlanıb. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin əvvəlində elmlər doktorlarının hazırlanması proqramı üzrə təhsil alanlar 593 nəfər təşkil edib. Onlardan 327 nəfəri kişi, 266 nəfəri qadındır. 

Məlumata görə, ölkədə elmlər doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların 59 faizini 40 və daha yuxarı yaşda olanlardır: "Onların arasında 30 yaşa qədər olanların 51,1 faizi qadın, 48,9 faizi isə kişidir. Eyni zamanda, 30-34 yaşlıların 36,8, 35-39 yaşlıların 50 faizi, 40 və daha yuxarı yaşda olanların isə 43,7 faizi qadınlardır". 

Son xəbərlər

Orphus sistemi