Azərbaycanda elmi təşkilatlarda magistratura səviyyəsi yaradılacaq

Azərbaycanda elmi təşkilatlarda magistratura səviyyəsi yaradılacaq "Təhsil haqqında" qanuna bununla bağlı dəyişiklik edilib
Elm və təhsil
6 Oktyabr , 2015 12:57
Azərbaycanda elmi təşkilatlarda magistratura səviyyəsi yaradılacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda magistratura səviyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılması nəzərdə tutulur. "Report" xəbər verir ki, Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında "Təhsil haqqında" qanuna bununla bağlı dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli bildirib ki, qanuna edilən dəyişiklik Azərbaycan Milli Elmlər Akademiyasında bu ildən həyata keçirilən magistratura səviyyəsinə qəbulun gələcəkdə daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

İ.Həbibbəyli onu da qeyd edib ki, “Elm haqqında” qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə salınıb: “Təklif edərdim ki, “Təhsil haqqında” qanuna edilən bugünkü dəyişiklik “Elm haqqında” qanuna da əlavə edilsin”.

Son xəbərlər

Orphus sistemi