Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək

Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək Elmi işçilər dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına və ekspertizasının keçirilməsinə cəlb olunacaqlar
Elm və təhsil
27 Yanvar , 2016 13:46
Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək

Bakı. 27 yanvar. REPORT.AZ/ "Azərbaycanda tədqiqat universitetlərinin elmi işçiləri dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına və ekspertizasının keçirilməsinə cəlb olunacaqlar".

“Report” xəbər verir ki, yeni hazırlanan “Elm haqqında” qanun layihəsinə bununla bağlı ayrıca maddə daxil edilib. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək və onlar dövlət proqramlarının hazırlanmasına cəlb olunacaqlar: “Qanun layihəsinin 14.7.4-cü maddəsində təsbit olunan təklifin müəllifi deputat, hüquqşünas Elşad Həsənovdur. Elmi işçilərin dövlət proqramlarına cəlb olunması ilə həm elmi işçilər əlavə gəlir əldə edəcəklər, həm də dövlət müxtəlif proqramlarının hazırlanmasında digər mütəxəssislərlə yanaşı elmi işçilərin fikirlərindən də fayda götürəcək”.

İ.Həbibbəyli bildirib ki, belə elmi işçilərin yeni elmi fəaliyyətini də stimullaşdıracaq.

Son xəbərlər

Orphus sistemi