Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət qulluğuna qəbul üçün keçid ballarında dəyişiklik edilib

    Artıq test imtahanlarında açıq tipli test tapşırıqlarından və essedən istifadə olunması da nəzərdə tutulur

    Bakı. 9 iyun. REPORT.AZ/ "Əvvəl hansısa nazirliyin mərkəzi aparatında məsləhətçi vəzifəsi üzrə keçid balı 75 bal idisə, indi həmin vəzifə üzrə keçid balı 70 müəyyən edilib. Eyni zamanda, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə məsləhətçi vəzifəsi üzrə keçid balı 70 idisə, indi 65 bal müəyyən edilib".

    "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

    Onun sözlərinə görə, əvvəl dövlət qulluğuna qəbul üçün test imtahanı hər bir vəzifə üzrə həyata keçirilirdisə, indi test imtahanının vəzifə qrupları üzrə keçirilməsi nəzərdə tutulur: "Test imtahanları buna uyğun olaraq, müxtəlif məzmunda təşkil edilir. Test imtahanlarında istifadə edilən tapşırıqlarla bağlı da müəyyən dəyişikliklər edilib. Artıq test imtahanlarında açıq tipli test tapşırıqlarından və essedən istifadə olunması da nəzərdə tutulur".

    Bu test tapşırıqlarının qruplardan asılı olaraq müəyyən ediləcəyiniə diqqət çəkən şöbə müdirinin sözlərinə görə, DİM tərəfindən müəyyən ediləcək ki, hansı vəzifə qruplarında hansı tapşırıqlardan istifadə edilsin.

    V.Əsgərov qeyd edib ki, artıq daha yüksək dövlət qulluğu vəzifələrinin müsabiqə ilə keçirilməsi nəzərdə tutulur: "Əvvəl inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə qəbul müsabiqə ilə keçirilirdi. Lakin artıq aparat rəhbəri, şöbə müdiri kimi vəzifələdə müsabiqə ilə keçiriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi