Yuxarı

​Azərbaycanda dərsə gəlməyən şagirdlərin valideynləri 100 manat cərimə olunacaq

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq. “Report” xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.

Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək.

Dəyişiklik bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunaraq Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi