Azərbaycanda dərsə gəlməyən şagirdlər təkrar sinifdə saxlanılacaq

Azərbaycanda dərsə gəlməyən şagirdlər təkrar sinifdə saxlanılacaq Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar təsdiqlənib
Elm və təhsil
29 Dekabr , 2014 13:13
Azərbaycanda dərsə gəlməyən şagirdlər təkrar sinifdə saxlanılacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar təsdiq olunub. "Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir.

Yeni qaydalara əsasən, 4 və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq.

Üç fəndən illik “qeyri-kafi” qiymət alan V-VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər.

Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən “qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılacaq. İbtidai sinif şagirdləri isə uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma səbəbindən təkrar sinifdə saxlanıla bilərlər. Bundan başqa, ikinci yarımildə bu və ya digər fəndən “qeyri-kafi” qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi