Azərbaycanda bütün tələbələrə kredit verilə bilər

Azərbaycanda bütün tələbələrə kredit verilə bilər "Zaman bunu tələb edir, cəmiyyətdə artıq yeni sifarişlər yaranıb"
Elm və təhsil
9 Sentyabr , 2016 16:02
Azərbaycanda bütün tələbələrə kredit verilə bilər

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Yeni tədris ili müddətində təhsilalanlara təhsil kreditlərinin verilməsi ilə bağlı ya yeni qanun layihəsi hazırlanmalı, ya da "Təhsil haqqında" qanuna müəyyən yeni maddələr əlavə edilməlidir".

"Report"un məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bununla bağlı yeni təkliflər işlənib hazırlanmalıdır: "Bu ildən başlayaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondu aztəminatlı tələbələrə təhsil haqqının ödənilməsi üçün kreditlər verir. Düzdür, bu, az sayda tələbəni əhatə edir. Çünki kreditlərin verilməsi ancaq bakalavr səviyyəsində tətbiq edilir. "Elm haqqında" qanuna da doktorantlara təhsil kreditlərinin verilməsi məsələsi daxil edilib. Amma magistratura səviyyəsi qalıb. Eyni zamanda, bakalavr səviyyəsində kreditlərin verilməsi də qanunvericiliklə tənzimlənmir. Buna görə də bu məsələlər qanunvericliyə daxil edilməlidir".

İ.Həbibbəyli qeyd edib ki, hazırda təhsil kreditləri ödənişli əsaslarla təhsil alan tələbələrə verilir. Komitə sədrinin fikrincə, amma bu kreditlər kirayənin ödənilməsi və s. kimi problemləri olan ödənişsiz əsaslarla təhsil alan tələbələrə də verilə bilər: "Zaman bunu tələb edir, cəmiyyətdə artıq yeni sifarişlər yaranıb".

Son xəbərlər

Orphus sistemi