Yuxarı

Azərbaycanda beynəlxalq multikulturalizm yay məktəbi başlayır

Yay məktəbində dünyanın 18 universitetindən 40-dan çox tələbə iştirak edəcək

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanda iyulun 18-27-də “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyətə başlayacaq.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) mətbuat xidmətindən məlumat verilib.

Yay məktəbi BBMM-nin və Bilik Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq, Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 18 universitetdən 40-dan çox tələbənin iştirak edəcəyi gözlənilir.

Azərbaycanın universitetlərindən də yay məktəbinə 20 tələbə qatılacaq. Beynəlxalq multikulturalizm yay məktəbi Bakı şəhəri ilə yanaşı, Qəbələ, Oğuz, Şəki və Qaxda fəlaiyyət göstərəcək. Yay məktəbi ərzində iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.

Yay məktəbinin müdavimləri “Azərbaycançılıq və etnik rəngarənglik”, “Terror multikulturalizmə qarşı”, “Azərbaycan multikulturalizmini tarixi: maddi-mənəvi dəyərlər”, “Multikulturalizm Azərbaycan musiqisində”, “Azərbaycanda dini müxtəliflik” mövzularında mühazirələr dinləyəcək, İsmayıllıda yerli gənclərin iştirakı ilə “Dünya ölkələrində multikulturalizm modelləri” adlı "dəyirmi masa"da iştirak edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi