Yuxarı
    Bağlamaq

    Gələn həftə Azərbaycanda Beynəlxalq Multikulturalizm qış məktəbi başlayır

    Məqsəd Azərbaycana marağı sevgiyə çevirməkdir

    Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi layihəsinə start verilir.

    Bu barədə “Report”a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.

    Belə ki, 2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatılacağı Beynəlxalq Multikulturalizm qış məktəbi 8-15 fevral tarixlərində Bakıda, Qubada, Xaçmazda və Qusarda fəaliyyət göstərəcək.

    BBMM-in Layihələr şöbəsinin müdiri Hikmət Babayev bildirib ki, qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır.

    O bildirib ki, bu il Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından ümumilikdə 35-dən çox, eləcə də Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, bütövlükdə 50-dən çox tələbə Beynəlxalq Multikulturalizm qış məktəbində iştirak edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi