Azərbaycanda antiplagiat sistemləri araşdırılacaq

Azərbaycanda antiplagiat sistemləri araşdırılacaq Müvafiq qurumlarla elmi əlaqələrin qurulması planlaşdırılır
Elm və təhsil
24 Yanvar , 2015 14:51
Azərbaycanda antiplagiat sistemləri araşdırılacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ "Cari ildə elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsaslarının araşdırılması nəzərdə tutulur". "Report" xəbər verir ki, bu barədə texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun bu il üçün fəaliyyət planının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, böyük həcmli məlumatlar toplusundan (Big Data) biliklərin aşkarlanması, sosial şəbəkələrin analizi və idarə olunması, dinamikli obyektlərin identifikasiyası istiqamətləri üzrə elmi-tədqiqat işləri aparılacaq.

R.Alıquliyev qeyd edib ki, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika miqyaslı elmi konfrans və tədbirlərdə iştirakı nəzərdə tutulur.

Şöbənin beynəlxalq əməkdaşlıq perspektivlərindən söz açan alim bildirib ki, bu il Avstraliya və Malayziyanın müvafiq qurumları ilə elmi əlaqələrin qurulması da planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi