Azərbaycanda ali təhsil müəssisələri üçün vahid elmi laboratoriya yaradıla bilər

Azərbaycanda ali təhsil müəssisələri üçün vahid elmi laboratoriya yaradıla bilər Belə mərkəzin yaradılması maliyyə vəsaitinə qənaət etməyə imkan verəcək
Elm və təhsil
10 Oktyabr , 2017 00:35
Azərbaycanda ali təhsil müəssisələri üçün vahid elmi laboratoriya yaradıla bilər

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Hazırda ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, elmi-tədqiqat mərkəzinin yaradılması məsələsini nəzərdən keçiririk".

"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

"Belə mərkəzin yaradılması maliyyə vəsaitinə qənaət etməklə yanaşı, ali təhsil müəssisələrinin elmi potensialının reallaşdırılmasına, biliklərin kommersiyalaşdırılmasına və müasir tədqiqat avadanlıqlarından daha səmərəli istifadəyə imkan verər".

Son xəbərlər

Orphus sistemi