Azərbaycanda 7 min illik küplər tapılıb

Azərbaycanda 7 min illik küplər tapılıb Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna 73 ədəd yeni arxeoloji tapıntı daxil olub
Elm və təhsil
7 Yanvar , 2015 12:21
Azərbaycanda 7 min illik küplər tapılıb

Bakı. 7 yanvar. REPORT.AZ/ AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna 73 ədəd yeni arxeoloji tapıntı daxil olub. Bu barədə "Report"a Muzeydən məlumat verilib.

Tapıntılar 2013-2014-cü illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası tərəfindən Ağdam rayonunun Xındırıstan və Ayaq Qərvənd kəndləri yaxınlığındakı İsmayılbəytəpə və Fərmantəpə abidələrində aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunub.

Daxil olan arxeoloji materiallar e.ə. V-IV minilliklərə aid edilir. Tapıntılar əsasən saxsı təsərrüfat küpləri, badya, gil sapand daşları və kərpiclərdən ibarətdir.

Arxeoloji tapıntılar muzeyə Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyasının üzvü və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Nasir Quluzadə tərəfindən təqdim olunub.

Qeyd edək ki, Arxeologiya fonduna daxil olmuş materiallardan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi-tədqiqatlarda mənbə kimi də istifadə olunucaq. Xüsusilə, bu materiallar təmsil etdikləri bölgənin maddi mədəniyyət tarixinin öyrənilməsində, ərazidə yaşamış əhalinin məşğuliyyəti, həyat tərzi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi