Yuxarı

Bu il Azərbaycanda 3 128 zəlzələ qeydə alınıb

Tədqiqatlarımız mütəmadi olaraq davam edir

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Şamaxı və İsmayıllı təkanların qeydə alınması baxımından hər zaman aktiv zona olub. Ən çox təkanlar məhz həmin ərazilərdə qeydə alınır. Dəfələrlə Şamaxıda insan tələfatına səbəb olan zəlzələnin şahidi olmuşuq". "Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, zəlzələ heç zaman özünü əvvəlcədən tam dolğun göstərmir: "Buna baxmayaraq, tədqiqatlarımız mütəmadi olaraq davam edir".

Q.Yetirmişli, həmçinin qeyd edib ki, bu ilin yanvarın 1-dən bu günə kimi Azərbaycanda 3 128 zəlzələ qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi