Azərbaycana yaz fəsli daxil olub

Azərbaycana yaz fəsli daxil olub Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycana yaz fəsli daxil olub.
Elm və təhsil
20 Mart , 2018 20:15
Azərbaycana yaz fəsli daxil olub

Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycana yaz fəsli daxil olub.

“Report”un məlumatına görə, yazın gəlişi saat 20:15:30-a təsadüf edib.

Baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir. Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olacaq. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir.

Qeyd edək ki, bu il yay fəsli Azərbaycana iyun ayının 21-i saat 14:07:18-də, payız fəsli sentyabrın 23-də saat 05:54:06-da, qış fəsli isə dekabrın 22-də daxil olacaq. Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək.

Son xəbərlər

Orphus sistemi