Azərbaycana yay fəsli daxil olub

Azərbaycana yay fəsli daxil olub Bu gündən etibarən yaz yay fəsli ilə əvəz olunur
Elm və təhsil
21 İyun , 2018 14:07
Azərbaycana yay fəsli daxil olub
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün saat 14:07-də Azərbaycana yay fəsli daxil olub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu günün gündüzü ilin ən uzun gündüzüdür, bu proses 14 saat 43 dəqiqə çəkir. Bu gündən etibarən yaz yay fəsli ilə əvəz olunur

Qeyd edək ki, yay fəsli sentyabr ayının 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 05:54:06-da Azərbaycanda payız fəsli başlayacaq.

Son xəbərlər

Orphus sistemi