Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitab çapdan çıxıb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitab çapdan çıxıb Bakı. 5 aprel. REPORT.AZ/ Tərcümə Mərkəzinin yeni nəşri-Əlimərdan bəy Topçubaşovun “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı çapdan çıxıb.
Elm və təhsil
5 Aprel , 2018 10:46
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitab çapdan çıxıb

Bakı. 5 aprel. REPORT.AZ/ Tərcümə Mərkəzinin yeni nəşri-Əlimərdan bəy Topçubaşovun “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı çapdan çıxıb.

“Report”un xəbərinə görə, kitaba görkəmli xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsindən nümunələr toplanılıb.

Çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Cümhuriyyətinin ideya müəlliflərindən və ən fəal xadimlərindən biri, Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi ilk dəfədir ki, geniş şəkildə Azərbaycan oxucusuna təqdim edilir.

Yaxın günlərdə 100 illiyi qeyd olunacaq milli dövlətin – Azərbaycan Cümhuriyyətinin (1918–1920) “qurucu atalar”ından olan bu tarixi simanın titanik fəaliyyətini sənədli faktlar və materiallarla sərgiləyən nəşr, cümhuriyyətin əzablı doğuluş prosesini və bu idealın əbədiyaşarlığını da dolğun şəkildə əks etdirir.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və həyatını cümhuriyyət idealının gerçəkləşməsi uğrunda fəda edənlərin əziz xatirəsinə ithaf olunur.

Kitabın tərtibçisi Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.

Son xəbərlər

Orphus sistemi