Bakı 10 dekabr. REPORT.AZ/ Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə İsveçrədə görüş keçirilib.
BBMM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəman UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri Mantsetsa Maropenin görüşü zamanı Azərbaycan və UNESCO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri, multikultural dəyərlərin, tolerant ənənələrin təşviqi və təbliği ilə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Xatırladaq ki, Təhsil üzrə Beynəlxalq Büro 1925-ci ildə Cenevrədə qeyri hökumət təşkilatı kimi fəaliyyətə başlayıb və 1999-cu ildən UNESCO-nun kurikulumlarınin ikişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur.