Yuxarı
    Bağlamaq

    Azərbaycan və Udmurtiya Respublikası arasında elmi-texniki və humanitar əməkdaşlıq haqqında saziş imzalanacaq

    Dinlə

    Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanın elm adamları və hökumət nümayəndələrindən ibarət nümayəndə heyəti elm sahəsinə aid məsələləri müzakirə etmək üçün Rusiyanın Udmurtiyə Respublikasındadırlar.

    "Report" Respublikanın başçısı və hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Federal Araşdırma Mərkəzinin Udmurtiya bölməsi arasında arasında elmi-texniki və humanitar əməkdaşlıq haqqında saziş imzalanacaq.

    Qeyd edək ki, Azərbaycanın nümayəndə heyətinə Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli başçılıq edir.

    Nümayəndə heyəti regiondakı işini iyulun 29-da başa vuracaq. Heyətin orada olduğu müddətdə Udmurtiya hökumətinin nümayəndələri görüşlər keçiriləcəyi, hər iki respublikanın jurnalistlər ittifaqları arasında əməkdaşlıq memorandumunun imzalanacağı, Əbədi məşələ gül dəstələri qoyulacağı, Sarapula ekskursiya, "Buranovo nənələri" ilə görüş keçirilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi