Yuxarı

Azərbaycan və Türkiyə yazıçılar birlikləri əməkdaşlıq haqqında protokol imzalayacaq

Azərbaycan və Türkiyənin elmi və ədəbi əsərləri iki ölkənin dilinə tərcümə olunacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə Elmi və Ədəbi Yazıçılar İttifaqının (İLESAM) sədri Nuri Parmaksız və onun müavini İlter Türkay Azərbaycanda səfərdədir.

 Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm şöbəsindən "Report"a bildiriblər ki, səfərin məqsədi Azərbaycan Yazıçılar birliyi ilə əməkdaşlıq haqqında protokolun imzalanmasıdır. 

Protokola əsasən, Azərbaycan və Türkiyənin elmi və ədəbi əsərləri iki ölkənin dilinə tərcümə olunacaq.

Bundan başqa, İLESAM nümayəndə heyəti Azərbaycan Dövlət Kitabxanası, Elmlər Akademiyasının Folklor İnstitutu, Bəstəkarlar İttifaqı, "Müəllif hüquqları" ictimai birlik və digər qurumlarda da olacaq.

Səfər fevralın 6-a qədər davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi