Azərbaycan və Rusiya ali təhsil müəssisələrinin beynəlxalq assosiasiyası yaradılacaq

Azərbaycan və Rusiya ali təhsil müəssisələrinin beynəlxalq assosiasiyası yaradılacaq Mikayıl Cabbarov: "Assosiasiyanın ilk iclası noyabrda Bakıda baş tutacaq"
Elm və təhsil
2 Noyabr , 2015 18:03
Azərbaycan və Rusiya ali təhsil müəssisələrinin beynəlxalq assosiasiyası yaradılacaq

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan və Rusiya iki ölkə arasında ali təhsil müəssisələrinin beynəlxalq assosiasiyasının yaradılması barədə razılıq əldə edib.

"Report" xəbər verir ki, bu razılaşma Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla Rusiya Federasiyasının elm və təhsil naziri Dmitri Livanovun Moskvada baş tutan görüşündə əldə olunub.

Görüş zamanı rusiyalı nazir təhsil sahəsinin Azərbaycan və Rusiya arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu söyləyib.

Nazirlər Rusiyanın təqdim etdiyi kvota çərçivəsində Azərbaycan vətəndaşlarının Rusiyanın ali təhsil müəssisələrində tədris almaq məsələsini müzakirə edib. Xatırladaq ki, cari təhsil ilində kvota çərçivəsində 208 nəfər qəbul olunub.

Azərbaycanın təhsil naziri M.Cabbarov görüş zamanı bu cür təşəbbüsə görə həmkarına təşəkkür edərək, artıq bu ay Bakıda assosiasiyanın ilk iclasının baş tutması üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib.

Qeyd edək ki, M.Cabbarov Moskvaya “Açıq İnnovasiyalar-2015” Beynəlxalq Forumunda iştirak etmək məqsədilə gedib.

Son xəbərlər

Orphus sistemi