Azərbaycan və Meksika təhsil sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan və Meksika təhsil sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir Bakı. 17 yanvar. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovla görüşüb.
Elm və təhsil
17 Yanvar , 2018 17:55
Azərbaycan və Meksika təhsil sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

Bakı. 17 yanvar. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovla görüşüb.

Meksikanın ölkəmizdəki səfirliyindən "Report"a verilən məlumata görə, tərəflər keçən ilin oktyabr ayında imzalanmış təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökumətlərarası Sazişin hər iki ölkə arasında qeyd olunan sahələr üzrə əlaqələrin inkişafına töhfəsini vurğulayıblar.

Səfir R.Labardini qeyd edib ki, maarif sahəsində əlaqələrin inkişafı məqsədilə artıq Meksika və Azərbaycanın müxtəlif universitetləri arasında turizm və energetika sektorları ilə bağlı əməkdaşlıq mövcuddur.

Bu baxımdan, səfir təhsil və peşə təcrübələri mübadiləsinin hər iki tərəfin xeyrinə olduğunu vurğulayıb.

Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində təhsil sektorunun təmsilçiləri arasında mümkün görüşlər, eyni zamanda Meksika ilə Azərbaycanda xarici tələbələrə təqdim olunan müxtəlif imkanlar müzakirə olunub.

Səfir R.Labardini, öz növbəsində, Meksikada təqaüd proqramlarına aid bəzi məsələlərə aydınlıq gətirib, ölkəsində hazırkı təhsil islahatının məqsədləri haqqında məlumat verib. Onun sözlərinə görə, bu gün Meksikada 900 min tələbə texnologiya sahəsi üzrə ali təhsil almaqdadır.

Görüşün sonunda tərəflər Azərbaycan və Meksika arasında təhsil sferasında əməkdaşlığın gücləndirilməsini davam etdirməyə dair istəklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi