Bakı. 13 fevral. REPORT.AZ/ Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloqları AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.
"Report" xəbər verir ki, RSXM-nin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli onlara mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji, geofiziki tədqiqatlar haqqında məlumat verib.
İranlı mütəxəssislər öz tədqiqat işləri barədə danışaraq, birgə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıblar.
Görüş çərçivəsində iki ölkə seysmoloqlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.