Azərbaycan və İran diplomatik akademiyaları arasında memorandum imzalanıb

Azərbaycan və İran diplomatik akademiyaları arasında memorandum imzalanıb İranın xarici işlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb
Elm və təhsil
10 Fevral , 2015 11:44
Azərbaycan və İran diplomatik akademiyaları arasında memorandum imzalanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini, bu ölkənin Diplomatik Akademiyanın rəhbəri Hadi Süleymanpur "ADA" Universitetində olub.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, "ADA"nın rektoru, səfir Hafiz Paşayev ilə görüşən H.Süleymanpur iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq məsələlərini müzakirə edib və bu istiqamətdə fikir mübadiləsi aparıb.

Hadi Suleymanpur deyib ki, iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq və birgə tədris proqramları ilə tədbirlərin görülməsi imkanları nəzərə alınmalıdır. O, İran XİN Diplomatik Akademiyası və "ADA" Universiteti arasında qısamüddətli və uzunmüddətli müəllim və tələbə mübadiləsi aparmağa hazır olduqlarını bildirdi.

O, həmçinin qeyd edib ki, birgə əməkdaşlıq yollarının müəyyən edilməsi üçün regional və beynəlxalq məsələlərlə bağlı panellər keçirmək lazımdır.

Hafiz Paşayev də iki akademiya arasında müəliim və tələbə mübadiləsi, birgə konfransların keçirilməsi, müxtəlif diplomatik seminarların keçirilməsini müsbət qarşılayıb və müzakirələri davam etdirmək üçün İrana səfər etməyə hazır olduğunu bildirib.

Görüşdən sonra iki ölkənin akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bundan sonra Hadi Süleymanpur "ADA"nın müəllim və tələbələri qarşısında İranın xarici siyasəti ilə bağlı çıxış edib, auditoriyanın suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi