Azərbaycan və Gürcüstan birgə ali məktəb yarada bilər

Azərbaycan və Gürcüstan birgə ali məktəb yarada bilər Azərbaycan və Gürcüstan arasında birgə ali məktəbin yaradılması istiqamətində müzakirələr aparılır.
Elm və təhsil
4 Aprel , 2019 12:29
Azərbaycan və Gürcüstan birgə ali məktəb yarada bilər
Report
0 : 00
0 : 00

"Azərbaycan və Gürcüstan arasında birgə ali məktəbin yaradılması istiqamətində müzakirələr aparılır".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Saqareco rayonunda yerli azərbaycanlılarla görüşdə bildirib.

Onun sözlərinə görə, bu məsələ Gürcüstana səfəri çərçivəsində keçirdiyi rəsmi görüşlərdə nəzərdən keçirilib: "Bir çox ölkələrdə birgə universitet təsis etməklə bağlı təcrübə var. Gürcüstanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbin yaradılmasına dair danışıqlar müsbət nəticələnəcək".

Son xəbərlər

Orphus sistemi