Azərbaycan və Fransa universitetləri arasında müqavilə imzalanıb

Azərbaycan və Fransa universitetləri arasında müqavilə imzalanıb Məqsəd Azərbaycanla Fransa arasında ədəbiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin inkişafına töhfə verməkdir
Elm və təhsil
3 Noyabr , 2015 14:21
Azərbaycan və Fransa universitetləri arasında müqavilə imzalanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılış mərasimi olub. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, açılışdan sonra bu universitetlə Gəncə Dövlət Universiteti arasında çərçivə müqaviləsi imzalanıb. Çərçivə müqaviləsinin əsas məqsədi Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının gələcək fəaliyyətini təmin etmək, Azərbaycan ilə Fransa arasında ədəbiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin inkişafına töhfə verməkdir.

Müqaviləyə əsasən, hər iki universitet birgə seminarlar, konfranslar təşkil edəcək, tədris və tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək, müəllim və tələbə mübadiləsi həyata keçirəcək.

Müqaviləni Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov imzalayıb.

Son xəbərlər

Orphus sistemi