Azərbaycan universitetlərinə xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı açıqlanıb

Azərbaycan universitetlərinə xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı açıqlanıb TQDK: Ötən il ölkədə 4 700 əcnəbi və vətəndaşlığı olmayan tələbə ali məktəbə qəbul olub
Elm və təhsil
16 Fevral , 2015 19:42
Azərbaycan universitetlərinə xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı açıqlanıb

Bakı. 16 fevral. REPORT.AZ/ 2014-cü ildə "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminin bazasında 886 271 nəfər haqqında məlumat mövcuddur. Lakin 1992-2014-cü illər ərzində TQDK-nın keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 861 767 nəfər, o cümlədən 550 723 nəfər bakalavriat, 40 026 nəfər magistratura səviyyəsi üzrə, 166678 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə, 104 340 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminə daxil edilib. "Report" xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında məlumat verilib.

Yaranmış fərq yerli təhsil müəssisələrinin xarici təhsil müəssisələrindən həyata keçirdiyi köçürmələr, Azərbaycanda vətəndaşlığı olmayan şəxslərin qəbulu, əlavə təhsil almaq istəyən şəxslərin qəbulu və bəzi illərdə təhsil müəssisələrinin daxili əmri ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbulu hesabınadır.

8 oktyabr 2014-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən sistemə daxil edilmiş məlumatların ümumi statistikasına əsasən, ölkədə 4 700 əcnəbi və vətəndaşlığı olmayan tələbə, əlavə təhsil almaq istəyən 3506 şəxs ali məktəblərə qəbul olub. 22 il ərzində xarici təhsil müəssisələrindən 9 115, ölkədaxili 5 655 köçürmələr həyata keçirilib. Bundan əlavə, 7 943 ixtisas dəyişmələri, 1 463 ixtisas dəyişməklə ölkədaxili köçürülmələr, 4 178 təhsilalama forması dəyişmələri, 648 təhsilalma forması dəyişməklə ölkədaxili köçürmələri icra olunub. Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələrinin sayı 30, dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələrin sayı 23, akademik borca görə xaric edilmələrin sayı 6098, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilmələr sayı 5 121, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilmələrin sayı 13 307, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilmələrin sayı 4 689 olub.

Məlumatda o da qeyd olunub ki, 2009-cu ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələr sırasına xarici ali təhsil müəssisələrindən köçürülən tələbələrin 96,31%-i Rusiya, 0,6%-i Gürcüstan, 1,57%-i Ukrayna və 1,14%-ü Türkiyə ali təhsil müəssisələrindən köçürülənlərdir. 2010-cu ildə qəbul olan tələbələr sırasına isə xarici ölkə ali təhsil müəssisələrindən köçürülmüş tələbələrin 81,66%-i Rusiya, 0,31%-i Birləşmiş Ərəb Əmirlikləri, 15,67%-i Ukrayna və 1,88%-i Türkiyə ali təhsil müəssisələrindən köçürülənlərdir. 2010/2011-ci tədris ilində qəbul olan tələbələr sırasına xarici ölkə təhsil müəssisələrindən köçürülən tələbələrin sayı 2009/2010-cu tədris ilinə nisbətən xeyli azdır.

Son xəbərlər

Orphus sistemi