"Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib

"Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib Mikayıl Cabbarov qeyd edib ki, proqram pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən məktəblərin şagirdlərini əhatə edəcək
Elm və təhsil
19 Aprel , 2016 16:47
Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib

Bakı. 19 aprel. REPORT.AZ/ “Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib.

"Report"un xəbərinə görə, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, deputatlar, fəal gənclər, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və KİV təmsilçiləri iştirak ediblər.

İştirakçıların özlərini məktəbdə hiss etmələri üçün tədbirin keçirildiyi məkan proqramın mahiyyətinə uyğun olaraq, “sinif otağı” konseptində hazırlanıb.

Tədbir Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayıb. İştirakçılara şagirdlərin daha çox öyrənmək istəyini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra “Azərbaycan üçün öyrət” ( www.facebook.com/tfa.az ; elektron poçt: [email protected] ) yeni təhsil proqramının təqdimatı keçirilib, proqramın məqsədi, vəzifələri və proqramda iştirak imkanlarını əks etdirən videoçarx izlənilib.

Proqramın təqdimatı zamanı bildirilib ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Proqramın məqsədi Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram həmçinin şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir.

Təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlayıb və "Azərbaycan üçün öyrət’’ təhsil proqramının əhəmiyyəti barədə fikirlərini bildirib.

Nazir qeyd edib ki, proqram pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərini əhatə edəcək: "Proqram vasitəsilə yeni tədris yanaşmalarını tətbiq etmək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparmaq, şagirdlərin bilik səviyyəsinin artırılması və məktəbin akademik göstəricilərinin yüksəldilməsi imkanı qazanmaq mümkün olacaq".

Tədbirdə daha sonra çıxış edənlər proqramın uğurla həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonda Təhsil Nazirliyi və “Kapital Bank” arasında proqramla bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi