Yuxarı
    Bağlamaq

    Azərbaycanda baş vermiş maqnitudası 5-dən çox olan zəlzələlərin sayı açıqlanıb

    Baş verən zəlzələlərin dərinliyi ən çox 10-20 km arasında olur

    Bakı. 26 dekabr. REPORT.AZ/ "Bu il ölkədə həm zəlzələlərin sayına, həm də ayrılan enerjinin miqdarına görə ən aktiv il olub. İl ərzində 8 mindən çox zəlzələ qeydə alınıb". "Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli 2014-cü il ərzində gördükləri işlər barədə hesabat verərkən deyib.

    Onun sözlərinə görə, daha çox zəlzələlər I rübdə qeydə alınıb: “Bu il Azərbaycanda maqnitudası 5-dən yuxarı olan 6 zəlzələ baş verib. Bu vaxta kimi Azərbaycanda il ərzində bu sayda zəlzələ olmayıb. Son 10 ildə - 2003-2014-cü illər ərzində həm zəlzələlərin sayı, həm də ayrılan enerjinin miqdarına görə ən fəal il olub. Azərbaycanda baş verən zəlzələlərin dərinliyi ən çox 10-20 km arasında olur. Dərinliyi 50 km-dən yuxarı olan zəlzələlər nadir halda Aşağı Kür çökəkliyində və ən çox Xəzərdə baş verir. Bəzən Xəzərdə dərinliyi 70-dən artıq olan nadir zəlzələlər də qeydə alınır”.

    Q.Yetirmişli deyib ki, mərkəz tərəfindən hər bir baş verən zəlzələnin makroseysmik tədqiqatı, zəlzələ ocaqlarının dinamikası aparılır və nəticədə ocaqda hansı tip hərəkətlərin getdiyi müəyyən etmək üçün mexanizmlər öyrənilir: "Azərbaycan üçün ən aktiv zəlzələ zonası Böyük Qafqazın cənub-şərq yamacındadır. Həmin ərazidə zəif təkanlar qeydə alınsa da, aktivlik və gərginlik hələ də qalmaqdadır. Bu da plitələrin hərəkəti nəticəsində yaranır. Belə ki, Kiçik Qafqaz Böyük Qafqazın altına gedir və Ərəbistan plitəsini sıxmağa başlayır. Nəticədə Böyük Qafqazın cənub-şərq yamacında gərginlik yaranır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi