Azərbaycan üçün elmi nəşrlərin arxiv bazası yaradılacaq

Azərbaycan üçün elmi nəşrlərin arxiv bazası yaradılacaq Mikayıl Cabbarov "Thomson Reuters" şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidentini qəbul edib
Elm və təhsil
11 Aprel , 2015 17:16
Azərbaycan üçün elmi nəşrlərin arxiv bazası yaradılacaq

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Thomson Reuters" şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti Pyotr Marçevskini qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Görüş zamanı Azərbaycan üçün elmi nəşrlərin arxiv bazasının yaradılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Pyotr Marçevski "Thomson Reuters" şirkətinin dünyanın bir çox ölkəsində təhsil, elm, hüquq, maliyyə və bu kimi digər sahələrdə fəaliyyət göstərdiyini bildirib. O, şirkətin Azərbaycanla uzunmüddətli əməkdaşlıq etmək niyyətində olduğunu nəzərə çatdırıb.

Təhsil naziri Mikayıl Cabbarov bu sahədə qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirib və gələcək əlaqələrin əhəmiyyətini qeyd edib.

Son xəbərlər

Orphus sistemi