Yuxarı
    Bağlamaq

    Azərbaycan Turizm və Menecment Universitetində “Bilik günü” qeyd olunub

    Nazir: “Universitetin tələbələri ilə xaricdəki hotellərdə rastlaşanda sevincimin həddi-hüdudu olmur”

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Bilik günü” qeyd olunub.

    “Report”un xəbərinə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ali məktəbin rəhbərliyi, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Universitetin rektoru Eldar Aslanov çıxış edərək bildirib ki, indiyədək bakalavr pilləsini bitirən 1600 məzundan 106 magistr dərəcəsi, 151 nəfəri isə ilk dəfə olaraq bakalvr və magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin və Avstriyanın İMC Krems TEU-nun diplomunu alıb: “Bu tədris ilində tələbələrimizdən 13 nəfəri Türliyədə, 1 nəfəri Kiprdə, 30 nəfər İsraildə, 2 nəfəri İspaniyada, 1 nəfəri Rusiyada, 200 nəfərdən çox tələbəmiz isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub. 

    Rektor deyib ki, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Bakı Turizm Peşə Məktəbinə 500 şagir qəbul olunub.

    Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Turizm və Menecment Universitetini bitirən tələbələr uğurla fəaliyyət göstərirlər: “Universitetin tələbələri ilə xaricdəki hotellərdə rastlaşanda sevincimin həddi-hüdudu olmur. Görürəm ki, artır Azərbaycan turizm sənayesi dünya turizm sənayesində özünəməxsus yer tutur. Bu universitet ölkəmizin təhsil ocaqları sırasında qabaqcıl sıralardadır”.

    Nazir bildirib ki, bu gün Azərbaycan turizm sənayesi inkişaf yolundadır: “Turizm sənayesində 50 mindən artıq insan çalışır. Bu, hələ başlanğıcdır. Bu ildən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə turizm işçilərinin peşə bayramı qeyd olunacaq. Bu, böyük hadisədir. Çünki turizm peşəsi ölkəmizdə özünəməxsus yer tutur”.

    Tədbirdə ali məktəbə yüksək balla qəbul olan bir qrup tələbəyə tələbə bileti təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi