Azərbaycan Turizm və Menecment Universiteti üç kafedra müdiri vəzifəsinə qəbul elan edib - SİYAHI

Azərbaycan Turizm və Menecment Universiteti üç kafedra müdiri vəzifəsinə qəbul elan edib - SİYAHI Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universiteti vakant vəzifələr üzrə müsabiqə elan edib.
Elm və təhsil
17 Oktyabr , 2018 09:16
Azərbaycan Turizm və Menecment Universiteti üç kafedra müdiri vəzifəsinə qəbul elan edib - SİYAHI

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universiteti vakant vəzifələr üzrə müsabiqə elan edib.

“Report” xəbər verir ki, ali məktəbin Turizm biznesi, Menecment və Dillər kafedralarının müdiri vəzifələri boşdur. 

Müsabiqəyə qatılmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına ərizə.

2. Əmək kitabçasından çıxarış.

3. Kadrların şəxsi uçot vərəqəsi.

4. Tərcümeyi-hal.

5. 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

6. Son iş yerindən xasiyyətnamə (təşkilatın rəhbəri tərəfindən verilmiş və təşkilatın möhürü ilə

təsdiqlənmiş).

7. Ali təhsil, alimlik dərəcəsi (fəlsəfə doktoru və elmlər doktoru), elmi ad (dosent və professor)

verilməsi haqqında diplomların təsdiq olunmuş surətləri.

8. Dərc olunmuş elmi əsərlərin siyahısı (təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş və

möhürlənmiş).

9. Şəxsiyyət vəsiqəsinin surəti.

10. Kafedranın 5 illik perspektiv inkişaf planı.

Sənədlər bir ay ərzində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Azərbaycan Turizm və Menecment Universitetinin ümumi şöbəsində qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi