Yuxarı

Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin sayını açıqlayıb

500-600 bal arası toplayan tələbələrin sayı 44 nəfər, 600-dən çox bal toplayan tələbələrin sayı isə 12 nəfərdir

Bakı. 1 sentyabrı. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universitetində sənəd qəbulu yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Nazirlər Kabinetinin qəbul etdiyi qaydalar əsasında respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu ənənəvi olaraq TQDK-nın keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında həyata keçirilir.

2015/2016-cı tədris ili üçün ATMU-ya 13 ixtisas üzrə 405 nəfər qəbul olunub. Onlardan 104 tələbə dövlət sifarişi əsasında, 301 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

Qeyd edək ki, 500-600 bal arası toplayan tələbələrin sayı 44 nəfər, 600-dən çox bal toplayan tələbələrin sayı isə 12 nəfərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi