Yuxarı

Azərbaycanda universitetlərdən birinin 14 kafedrası bağlanıb

Rektor: Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək

Bakı. 15 yanvar. REPORT.AZ/ "Ötən il Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib. Bu proses 2016-cı ildə də davam edəcək". "Report" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib.

O bildirib ki, görülən bu işlər Təhsil Nazirliyində aparılan islahatların tərkib hissəsidir: "Standartların dəyişilməsindən asılı olaraq tədris yükünün də miqdarı dəyişir. Həmçinin vaxtilə açılan yaxın ixtisaslar da birləşdirilir". 

Rektorun sözlərinə görə, 2015-ci ildə universitetdə 47 kafedra olub: "Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb. Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi