Yuxarı
    Bağlamaq

    Azərbaycan Tələbələr Birliyi təkliflər paketi hazırlayacaq

    Təhsil varsa, gələcək var adlı layihə davam edir

    Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsil varsa, gələcək var" adlı layihə davam edir. Bu barədə "Report"a ATB-nin mətbuat katibliyindən məlumat verilib.

    Məlumat görə, layihə çərçivəsində Avropanın müxtəlif ölkələrində ali təhsildə keyfiyyət mexanizmlərini təmin edən proqramların, habelə, Azərbaycanın ali təhsil sistemindəki keyfiyyət təminatı üzrə layihə və proqramların araşdırılması, Azərbaycandakı reallıqlara uyğun keyfiyyət təminatı (quality assurance) proqramının hazırlanması üzrə təkliflər paketinin verilməsi, xarici ölkələrdən olan tərəfdaşlarla təcrübə mübadilələrinin aparılması kimi fəaliyyətlər icra edilməkdədir.

    Ali təhsil ilə bağlı daimi araşdırmalar aparan ATB-nin əsas məqsədlərindən biri tələbələrin daha keyfiyyətli təhsil ala bilməsi üçün təkliflər verməkdir. Bu sahədə tələbələrin fikrinin öyrənilməsi, onların qərarvermə prosesinə cəlb edilməsi birliyin hər zaman prioritetlərindən olub. Layihə çərçivəsində yeni tədris ilinin başlanmasından sonra tələbələrlə qeyd edilən mövzu ilə bağlı görüşlərin daha da intensivləşəcəyi planlaşdırılır.

    Birliyin sədri Elvin Aslanov bildirib ki, qeyd edilən sahələr üzrə xarici təcrübənin öyrənilməsi məqsədilə ATB-nin üzv olduğu Avropa Tələbələr Birliyinin digər ölkələrdən olan milli tələbələr birlikləri ilə sıx əməkdaşlıq edir. Belə ki, həmin tələbə birliklərinin ali təhsil üzrə işçi qrupları və ekspertləri ilə onlayn görüşlər keçirilir. Layihənin sonunda geniş təkliflər paketinin hazırlanması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi