Yuxarı

"Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda konfrans keçirilib

Konfrans Təhsil Nazirliyinin və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə baş tutub

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakıda "Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda respublika elmi konfransı keçirilib. "Report" xəbər verir ki, konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, pedoqoji profilli ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, məqsəd Azərbaycanda səriştə əsaslı nəticəyönümlü yeni təhsil sisteminin yaradılması məsələlərini müzakirə etmək, bunun reallaşdırılması üçün konkret təkliflər hazırlamaqdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov da çıxışında təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.

Çıxışlardan sonra konfrans mövzu ətrafında müzakirələrlə davam edib.

Qeyd edək ki, konfrans Təhsil Nazirliyinin və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi