Azərbaycan Təhsil Nazirliyinin elektron dərslik portalından istifadə edənlərin sayı açıqlanıb

Azərbaycan Təhsil Nazirliyinin elektron dərslik portalından istifadə edənlərin sayı açıqlanıb İlin sonuna kimi II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək
Elm və təhsil
24 Noyabr , 2014 11:12
Azərbaycan Təhsil Nazirliyinin elektron dərslik portalından istifadə edənlərin sayı açıqlanıb
Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyi tərəfindən hazırlanan yeni www.e-derslik.edu.az elektron dərslik portalında ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan oflayn, onlayn və epub formatda yükləyə bilərlər. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir.

Cədvələ əsasən, daha çox VI sinif üzrə Azərbaycan dili (2932), riyaziyyat (2427), biologiya (2368) və ingilis dili (1857) dərsliklərindən istifadə olunub. 10242 nəfər (62 faiz) istifadəçi onlayn, 3289 nəfər (20 faiz) oflayn, 3060 nəfər isə (18 faiz) epub formatda elektron dərsliklərdən yararlanıb.

Qeyd edək ki, cari ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi