Yuxarı

​Azərbaycan təhsil nazirinin müavini: “Ötən illə müqayisədə korrupsiya hallarının sayı azalıb”

“Biz təhsildə islahatlar aparmaqla bu faktların qarşısını almaq niyyətindəyik”

Bakı. 11 noyabr. REPORT.AZ/ “Azərbaycan təhsil sistemində korrupsiyaya qarşı mübarizə aparılır, belə halların qarşısı alınır. Ümumiyyətlə, korrupsiyanın qarşısının alınması sistemli tədbirlər tələb edir. Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya və Təhsil Nazirliyi bu istiqamətdə ardıcıl addımlar atır. Biz təhsildə islahatlar aparmaqla bu faktların qarşısını almaq niyyətindəyik”.

Bunu “Report”a açıqlamasında Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, həm ali məktəblərdə Baloniya sisteminin tətbiqi, həm də digər müvafiq tədbirlər neqativ halların qarşısının alınmasına imkan yaradır. Nazir müavini bildirib ki, təhsil sahəsində ötən illə müqayisədə korrupsiya hallarının sayı azalıb.

“Ötən illə müqayisədə müəyyən irəliləyişlər var. Bunun qarşısını almaq üçün sistemli tədbirlər görülməlidir, islahatlar aparılmalıdır. Dövlət, eyni zamanda Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər aparır” – deyə, nazir müavini əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi