Azərbaycan Milli Kurikulumuna dair hesabat tədbiri keçirilib

Azərbaycan Milli Kurikulumuna dair hesabat tədbiri keçirilib Bakı. 15 dekabr. REPORT.AZ/ Milli Kurikulum Çərçivəsinə dair “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda hesabat tədbiri keçirilib.
Elm və təhsil
15 Dekabr , 2017 13:06
Azərbaycan Milli Kurikulumuna dair hesabat tədbiri keçirilib
Report/ Elshan Baba

Bakı. 15 dekabr. REPORT.AZ/ Milli Kurikulum Çərçivəsinə dair “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda hesabat tədbiri keçirilib.

“Report”un məlumatına görə, YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutunun keçirdiyi tədbirin məqsədi Milli Kurikulum Çərçivəsi sahəsində aparılan tədqiqatları və gələcək pespektivləri müzakirə etmək olub.

Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev “Alternativ tədris proqramlarının təbliği” layihəsi haqqında iştirakçılara məlumat verib.

Tədbirdə layihəyə əsasən görülən işlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Həmçinin Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, təhsil eksperti Zülfiyyə Veysova və Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Süleymanlı Milli Kurikulum Çərçivəsinə dair təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Milli Kurikulum Çərçivəsinin ilkin versiyası YUNİSEF-in maliyyələşdirdiyi “Alternativ tədris proqramlarının təbliği” layihəsinə əsasən hazırlanıb. Layihə çərçivəsində təmayüllər üzrə təhsil alan 10-cu siniflər üçün 7 istiqamət üzrə tədris proqramları tərtib edilərək çap olunub. Xarici ölkələrin Milli Kurikulum Çərçivələri üçün təlimat hazırlanıb. Bu istiqamətdə Azərbaycanın Milli Kurikulumu 10-dan çox xarixi ölkənin kurikulum çərçivəsi ilə müqayisə edilib. 

Son xəbərlər

Orphus sistemi