Prezident İlham Əliyev AMEA-nın ümumi yığıncağında çıxış edib - YENİLƏNİB

Prezident İlham Əliyev AMEA-nın ümumi yığıncağında çıxış edib - YENİLƏNİB Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan ümumi yığıncaq keçirilib
Elm və təhsil
9 Noyabr , 2015 12:56
Prezident İlham Əliyev AMEA-nın ümumi yığıncağında çıxış edib - YENİLƏNİB

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaq keçirilib.

"Report" xəbər verir ki, yığıncaqda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyib.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər.

*** 11:51

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi keçirilir. "Report" xəbər verir ki, akademiyanın əsas binasında keçirilən yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. 

Tədbirə dövlət və hökumət rəsmiləri, akademiklər, ictimai-siyasi xadimlər, universitet rektorları, AMEA-nın əməkdaşları qatılıblar. 

Xatırladaq ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə Azərbaycan Elmlər Akademiyası yaradılıb. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.

Həmin il Azərbaycan Elmlər Akademiyasına 15 həqiqi üzv seçildi.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) akademiyanın prezidenti olublar.

2013-cü ildən AMEA-nın prezidenti Akif Əlizadədir.

Hazırda AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var.

Son xəbərlər

Orphus sistemi